

Husilər İsrailə məxsus tankerə zərbə endiriblər
Yəmənin "Ənsər Allah" hərəkatından olan husilər Qırmızı dənizdə İsraillə əlaqəli olduğunu bildirərək "Scarlet Ray" neft tankerinə raket zərbəsi endiriblər.
"Report" xəbər verir ki, bu barədə "Al Masirah" məlumat yayıb.
Məlumata görə, hədəf vurulub.
"Yəmən silahlı qüvvələrinin hərbi dəniz qüvvələri hərbi əməliyyat keçirib. Əməliyyat zamanı Qırmızı dənizin şimal hissəsində İsrailin neft tankeri "Scarlet Ray"ə ballistik raketlə hücum edilib", - "Al Masirah" qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır