Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-20,
Seanews
Heyder Eliyev

Nur-Sultan” gəmisi istismara hazır

Qazaxıstanın  “Zenit” Açıq Səhmdar Cəmiyyəti  “Nur-Sultan” adlı sərhəd gəmisini təhvil verməyə hazırlaşır. “Seanews.az” xəbər verir ki, gəminin aprelin 25-də “Dinamo” turist mərkəzi ərazisindəki Çaqan çayında suya buraxılması planlaşdırılır. O, Ural çayını üzərək Xəzər dənizinə doğru hərəkət edəcək.  “Nur-Sultan” gəmisinin tikintisi işlərinə bir il əvvəl başlanılıb. Onun uzunluğu 42 metr, sürəti 30 uzelə qədərdir. “Bars” layihəsinə aid olan bu gəmi dövlət sərhədinin, dövlət sularının, qitə şelfinin qorunması,  qaçaqmalçılığın, piratçılıq və qanunsuz balıq ovunun qarşısının alınması üçün nəzərdə tutulub. Gəminin sifarişçisi Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətidir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır