Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-08,
Seanews
Heyder Eliyev

“Lloyd’s Register” külək enerjisi ilə işləyən gəmilər üçün yeni təsnifat standartlarını təqdim edib

“Lloyd’s Register” (LR) külək enerjisi ilə hərəkətə dəstək verən sistemlərin tətbiqini dəstəkləmək və heyətin dənizdə təhlükəsizliyini artırmaq üçün yeni təsnifat standartları qəbul edib. Yeniliklər 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

"Seanews.az" xəbər verir ki, yeni qaydalar küləklə hərəkətə yardımçı sistemlər üçün texniki nişanlar – “WAPS” (Wind-Assisted Propulsion Systems – küləklə hərəkətə yardımçı sistemlər) və “WAPS*” (küləklə işləyən hibrid sistemlər), həmçinin “EASE” (Ergonomic Assessment – erqonomik dizayn) nişanını əhatə edir. Bundan əlavə, küləyi əsas hərəkətverici qüvvə kimi istifadə edən gəmilərə tətbiq olunan “RIGGING” (yelkan qurğuları) nişanı da yenilənib.

“WAPS” texnologiyalarına qanad yelkənlər, “Flettner” rotorları, “suction” qanadlar, həmçinin “kite” sistemləri daxildir. Bu nişan həm yeni, həm də təkmilləşdirilən qurğulara şamil olunur. Məqsəd küləklə hərəkət texnologiyalarında təhlükəsizlik, etibarlılıq və investisiya üçün aydın çərçivə təmin etməkdir.

“EASE” nişanı insan mərkəzli dizayna fokuslanır. O, körpü və maşın otaqları kimi əsas sahələrdə daha təhlükəsiz və erqonomik planlama standartları müəyyənləşdirir, gəmi sahiblərinə heyətin rifahına sadiqliyi nümayiş etdirməyə imkan yaradır.

Yenilənmiş “RIGGING” nişanı əsas hərəkət mənbəyi külək olan gəmilərə tətbiq olunur və “aft rig”, “DynaRig”, “AeroRig” və ənənəvi kvadrat yelkənlər kimi sistemləri əhatə edir. Bu həmin gəmilərin ciddi təhlükəsizlik və performans tələblərinə cavab verməsini təmin edir.

Bundan başqa, LR “Statement of Future Requirements” (Gələcək Tələblər Haqqında Bəyanat) sənədini dərc edib. Bu sənəd gəmi sahiblərinə və dizaynerlərə Beynəlxalq Dəniz Təşkilatı) və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyası tərəfindən gözlənilən dəyişikliklər barədə öncədən məlumat verərək gələcək tənzimləmələrə uyğunlaşmada daha çox aydınlıq təmin etməyə yönəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır