Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-10,
Seanews
Heyder Eliyev

"ZIM"-in icarəyə götürdüyü gəmidən 67 konteyner dənizə düşüb - VİDEO

"ZIM"-in icarəyə götürdüyü "Missisipi" konteyner gəmisi dünən Long Beach Limanına yanaşarkən ciddi yük qəzası yaşayıb. Boşaltma əməliyyatları zamanı 67 konteyner suya düşüb, bəziləri isə yaxınlıqda dayanmış barja dəyib.

"Seanews.az" xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. 

Hadisəylə bağlı ABŞ Sahil Mühafizəsi və Long Beach Liman İdarəsi araşdırma aparır. İlkin ehtimallara görə, qəza kranın sıradan çıxması səbəbindən baş verib. 

2024-cü ildə tikilmiş 5,504 TEU tutuma malik gəminin "MPC Container Ships" şirkətinə məxsus olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır