Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-12,
Seanews
Heyder Eliyev

"HMM" Braziliyanın nəhəng dağ-mədən şirkəti ilə yükdaşımalara dair 10 illik müqavilə imzalayıb

Cənubi Koreyanın gəmiçilik şirkəti "HMM" Braziliyanın nəhəng dağ-mədən şirkəti "Vale" ilə yeni uzunmüddətli daşıma müqaviləsi imzalayıb.

"Seanews.az" xəbər verir ki, müqavilənin müddəti 10 il, dəyəri 430 milyard von (təxminən 309,6 milyon ABŞ dolları) təşkil edir. Sənəd beş quru yük gəmisindən istifadə etməklə, 2026-cı ilin ikinci rübündən 2036-cı ilin birinci rübünədək dəmir filizinin daşınmasını nəzərdə tutur. 

Bu, "HMM" ilə "Vale" arasında bu il imzalanan ikinci müqavilədir. May ayında tərəflər arasında dəyəri 636 milyard von olan digər 10 illik müqavilə bağlanmışdı.

Şirkətdən bildirilib ki, bu strateji tərəfdaşlıq növbəti onillik ərzində HMM üçün sabit yük həcmləri və davamlı gəlir təmin edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır