Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-18,
Seanews
Heyder Eliyev

Çində 10 min gəmi təhlükəsiz sığınacaqlara təxliyə edilib

Çinin cənub sahillərinə yaxınlaşan ilin 18-ci tayfunu — “Raqasa” səbəbindən Quandon əyaləti üzrə 10 min gəmi təhlükəsiz sığınacaqlara təxliyə olunub.

"Seanews.az" xəbər verir ki, Çin Meteorologiya Administrasiyası super tayfun kateqoriyasına aid edilən bu təbii hadisə ilə bağlı ikinci səviyyəli xəbərdarlıq elan edib.

Proqnozlara görə, tayfun sentyabrın 23-də səhər saatlarında Cənubi Çin dənizinə, daha sonra isə ölkənin cənub və şərq sahillərinə çatacaq. “Raqasa”nın təsiri altında güclü küləklərin saniyədə 20 metrə, yağıntının isə 280 millimetrə qədər çatacağı gözlənilir.

Qasırğanın Çinin Quandon, Haynan, Quansi, Fucien əyalətlərinə və Tayvan adasına ciddi təsir göstərəcəyi bildirilir. Tayfunla əlaqədar olaraq dəniz turizmi fəaliyyətləri dayandırılıb, sahilyanı bölgələrdə hazırlıq işləri gücləndirilib və yüksək riskli ərazilərdən əhalinin təxliyəsinə başlanılıb.

Bununla yanaşı, Quandon əyalətinin Cuhay və Cianmen şəhərlərində orta məktəblərdə dərslər qeyri-müəyyən müddətə dayandırılıb, həmçinin iş və istehsal prosesi, ictimai nəqliyyat, bərə keçidləri və qatarların fəaliyyəti məhdudlaşdırılıb. Quanco şəhərindəki “Bayyun” beynəlxalq hava limanında isə uçuşların ləğvi müzakirə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır