Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

d okeanı və sahillərinin böyük miqdarda plastik tullantılarla çirkləndirilməsi aşkarla

Hind okeanı və onun sahillərinin böyük miqdarda plastik tullantılarla çirkləndirilməsi aşkar edilib. Alimlər təkcə Kokos adalarında milyona yaxın içki çöpü və ayaqqabı, 300 min diş fırçası və milyonlarla birdəfəlik paketlər tapıblar. Alimlərin gəldiyi qənaət və gələcək üçün proqnozları “Scientific Reports” jurnalında təqdim edilib. Tasmaniya Universitetinin (Avstraliya) əməkdaşı Cennifer Lavers deyib: “Bizim hesablamalara görə, bu adalarda 414 milyondan çox plastik tullantı hissəcikləri mövcuddur ki, onların da çəkisi 238 tona bərabərdir. Bu, çox mühafizəkar dəyərləndirmədir. Belə ki, biz çimərliklərin və sahillərin 10 santimetrdən çox dərinliklərində nələrin gizləndiyini öyrənməmişik və sadəcə olaraq, ən çirkli çimərliklərə gedib çıxa bilməmişik”. Hazırda Yer kürəsindəki zibilliklərə hər il təxminən 300 milyon ton plastik tullantı atılır. Onların çox hissəsi torpaq mikroblarına ayrılmır və demək olar ki, on illərlə, hətta yüz illərlə toxunulmaz vəziyyətdə qalır. Bu tullantılar dünya okeanına düşdükdə Sakit okeandakı “böyük tullantı ləkəsi”nə bənzər nəhəng yığına çevrilir. Dünya okeanı sularında polimer mikrohissəciklərinin miqdarına görə okeanoloqlar son 50-70 ili tez-tez zarafatla “plastik dövrü” adlandırırlar. Alimlərin 2014-cü ildə dərc edilən müşahidələri göstərir ki, bu hissəciklər suda uzun müddət qalmır. Onlar, çox güman ki, balıqlar və dəniz heyvanları tərəfindən yeyilir. Bu səbəbdən də ekologiyaya və insanların sağlamlığına təhlükə yaradır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır