Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-18,
Seanews
Heyder Eliyev

Hindistanın gəmiçilik şirkəti tanker donanmasını genişləndirmək üçün neft emalı şirkətləri ilə əməkdaşlıq edir

Hindistanın dövlətə məxsus "Shipping Corporation of India" (SCI) ölkənin aparıcı neft emalı şirkətləri ilə birləşərək MR tipli tanker donanmasının genişləndirilməsi layihəsinə start verir.

"Seanews.az" xəbər verir ki, bu addım Yeni Dehlinin enerji və dəniz təhlükəsizliyini gücləndirmək siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

"The Economic Times" qəzetinin məlumatına görə, "SCI Indian Oil Corporation" (IOC), "Bharat Petroleum" və "Hindustan Petroleum" ilə birgə müəssisə yaradır. Yeni qurum yerli gəmiqayırma zavodlarında inşa ediləcək 10-a qədər yeni tankerin tikintisi üçün tender elan edəcək.

Birgə müəssisənin çərçivəsi tam formalaşdırıldıqdan sonra sifarişlərlə bağlı əlavə detallara aydınlıq gətiriləcək.

Layihə hökumətin həm xarici donanmalardan asılılığı azaltmaq, həm də Hindistanın gəmiqayırma sənayesinə yeni təkan vermək niyyətini nümayiş etdirir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır