Tailand şirkəti 66 milyon dollara iki "Ultramax" tipli gəmi alıb
Tailandın "Precious Shipping" şirkəti "Jaldhi Overseas"-dən Yaponiyada inşa edilmiş iki "Ultramax" gəmisini – "Jal Kalpavriksh" və "Jal Kalpatarun"-u (66 min dwt, 2021-ci il, Mitsui, Yaponiya) alıb.
"Seanews.az" xəbər verir ki, sövdələşmənin ümumi dəyəri təxminən 66 milyon dollardır.
Bu, "Precious Shipping"-in cari ildə üçüncü müasir gəmi alışıdır. Aprel ayında şirkət "Western Bulk"-dan eyni yaşda olan, lakin Çində tikilmiş bir "Ultramax" gəmisini təxminən 4 milyon dollar daha ucuz qiymətə əldə etmişdi.
Yeni gəmilərin təhvilindən sonra "Precious Shipping"-in donanması 11 "Ultramax", 8 "Supramax" və 23 "Handysize" gəmidən ibarət olacaq. B
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

