Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-18,
Seanews
Heyder Eliyev

BMT: Tariflər və münaqişələr gəmiçilikdə böyük dalğalanmalara səbəb olur

Geosiyasi gərginliklər və yeni tariflər gəmiçilikdə qeyri-sabitlik yaradıb.

"Seanews.az" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Agentliyi (UNCTAD) hesabat yayıb. 

Hesabatda deyilir ki, zəif sənaye aktivliyi və Çində tələbin azalması səbəbindən 2025-ci il üçün dəniz ticarətinin artım proqnozu 0,5%, konteyner daşımalarının artımı isə 1,4%-ə endirilib.

UNCTAD vurğulayır ki, Qara dənizdə müharibə, Yaxın Şərqdə münaqişələr və Hörmüz boğazında risklər marşrutları çətinləşdirib və xərcləri artırıb. Baş katib Rebekka Qrınspan qeyd edib ki, 1967-ci ildə Süveyş kanalının bağlanmasından bəri belə davamlı pozuntu olmayıb”.

Hesabatda göstərilir ki, dəniz daşımalarının orta məsafəsi 2018-ci ildəki 4 831 mildən 2024-cü ildə 5 245 mil-ə yüksəlib. 2026–2030-cu illər üçün illik orta artım ümumilikdə 2%, konteyner daşımalarında isə 2,3% proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır