Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-18,
Seanews
Heyder Eliyev

Türkiyə sahilləri yaxınlığında silahları olan pilotsuz kater məhv edilib

Türkiyənin Trabzon vilayəti sahillərinin yaxınlığında idarəetməni itirmiş silahları olan pilotsuz kater aşkar edilərək məhv edilib.

Bu barədə AZƏRTAC-a Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, kater balıqçı gəmisi tərəfindən aşkar edilib. Qara dənizin təyin olunmuş sektoruna helikopterlər, PUA-lar, hərbi katerlər və tral gəmisi göndərilib.

“Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qara dənizin Türkiyə sektorunda dəfələrlə minalar və idarəetməni itirmiş katerlər məhv edilib. Ən son belə hadisə sentyabrın 29-da ölkənin şimal-şərqindəki Trabzon vilayətinin sahilləri yaxınlığında baş verib. Pilotsuz kater Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən uzaqdan məhv edilib”, - deyə nazirliyin məlumatında deyilir.

Müdafiə Nazirliyi sahilboyu zonada olan balıqçıları və sahilyanı ərazinin ümumi əhalisini ayıq olmağa, şübhəli obyektlərlə təmasdan qaçmağa çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır