Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-18,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında tariflər kəskin ucuzlaşıb

Qlobal dəniz daşımalarında konteyner tarifləri 2024-cü ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb. Analitiklərin fikrincə, bu vəziyyət “Maersk” və “Hapag-Lloyd” kimi aparıcı daşıyıcı şirkətlərin mənfəətini ciddi risk altına salır.

"Seanews.az" "Drewry World Container Index"-in məlumatına istinadən xəbər verir ki, 40 futluq konteynerin daşınması üçün “spot” tarif 1 669 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Şanxay–Los-Anceles marşrutu üzrə qiymətlər son bir ildə 58 faiz azalaraq 2 196 dollara enib. Bu göstərici şirkətlərin mənfəət həddi olan 2 200 dolların altındadır.

Ekspertlər bildirirlər ki, qiymətlərin azalması müqavilə və “spot” tariflər arasındakı fərqi azaldıb və müştərilərə danışıqlarda üstünlük qazandırıb. Eyni zamanda, yeni konteyner gəmilərinin istismara verilməsi bazarda artıq təklif yaradır və bu, qiymətlərin daha da enməsinə səbəb ola bilər.

“Sea-Intelligence” şirkəti xəbərdarlıq edir ki, sənaye 2016-cı ildəki kimi dövri “artıqlıq mərhələsinə” yaxınlaşır. Analitiklər 2025-ci ilin dördüncü rübünü 2023-cü ildən bəri ən zəif dövr kimi qiymətləndirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır