"Densay" Çində yeni tanker tikintisininə dair sifariş yerləşdir
Dubayda yerləşən "Densay Shipping" Çinin "Wuhu" gəmiqayırma zavodunda daha iki yeni MR tipli tanker sifariş edib.
"Seanews.az" xəbər verir ki, 50 000 dedveyt tonluq bu iki yeni gəmi 2027-ci ildə təhvil veriləcək və onlar "Densay"-ın 2024-cü ilin sonunda sifariş etdiyi dörd tankerdən ibarət ilkin paketə daxil olan əlavə sifarişlərdir.
Yeni sifarişlərlə birlikdə "Densay"-ın "Wuhu" zavodundakı ümumi layihə sayı altıya çatır.
Bu addım şirkətin quru yük daşımalarından kənara çıxaraq tanker sektoruna doğru əhəmiyyətli genişlənməsini göstərir. Şirkət indiyədək əsasən "Ultramax", "Supramax", "Handysize" və "Capesize" siniflərindən ibarət təxminən 40 gəmilik quru yük donanması ilə tanınıb.
Yeni tankerlərin qiymət detalları açıqlanmayıb. Gəmilər həm neft, həm də kimyəvi yüklərin daşınması üçün nəzərdə tutulub.

