Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

2030-cu ildən sonra gəmiçilikdə alternativ yanacaqlardan istifadə artacaq

"Alternativ yanacaqlardan istifadənin genişlənməsi 2030-cu ildən sonra daha sürətli templə inkişaf edəcək. Bu prosesin əsas səbəbi emissiya standartlarının sərtləşməsi olacaq."

"Seanews.az" xəbər verir ki, bu barədə Sinqapurda keçirilən "APPEC 2025" konfransında çıxış edən gəmiçilik şirkətlərinin rəhbərləri bildiriblər. 

“Maersk Oil Trading” şirkətinin baş direktoru Emma Mazhari qeyd edib ki, Avropada emissiya ticarət sistemi və yeni yanacaq standartları bazarda ciddi dəyişikliklərə səbəb olur. Onun sözlərinə görə, artıq Avropada aşağı karbonlu yanacaqların təklifi artır. Mazhari həmçinin vurğulayıb ki, “Maersk” bundan sonra yalnız iki yanacaqlı (dual-fuel) gəmilərə sərmayə yatırır.

Yaponiyanın “Mitsui O.S.K. Lines (MOL)” şirkətinin rəhbəri Takeshi Haşimoto isə bildirib ki, növbəti 5–10 il ərzində şirkətlər əsasən LNG və metanol kimi sübut olunmuş yanacaqlar vasitəsilə emissiyaları azaltmağa çalışacaqlar. O əlavə edib ki, “MOL” gəmi hərəkət sistemlərində külək enerjisinin tətbiqi üzərində də işləyir.

Haşimotonun sözlərinə görə, hazırda gəmiçilikdə dekarbonizasiya “dayan-get” mərhələsindədir, lakin yaşıl ammonyak, yaşıl metanol və biometan kimi yanacaqlar sənayenin gələcəyi üçün həlledici rol oynayacaq.

“Tata NYK Shipping” şirkətinin icraçı direktoru Amitabh Panda isə qeyd edib ki, geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, dekarbonizasiya gəmiçilik şirkətləri üçün prioritet olaraq qalır. Onun sözlərinə görə, dəyişkən beynəlxalq mühit kapital bölgüsünü və investisiya qərarlarını çətinləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır