Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

İstanbulda gəmi çevrilib, ölən və itkin düşənlər var

Türkiyənin İstanbul şəhərində yerləşən Tuzla Tərsanələr Bölgəsində  "ELMES" adlı Ro-Ro gəmisinin çevrilməsi nəticəsində bir işçi həyatını itirib.

"Seanews.az" xəbər verir ki, hadisə ötən gün saat 14:30 radələrində baş verib.

Məlumata görə, təmir üçün gəmi tərsanəyə yanalarkən kapitanın idarəetməni düzgün tənzimləyə bilməməsi səbəbindən gəmi yan yatıb.

Gəmidə olan işçilərdən bir qismi dənizə düşüb. Aparılan əməliyyatlarda Vlasyuk Yevgen adlı işçinin təxliyə rampasının altında qalaraq ölməsi müəyyən edilib. 

Eyni zamanda, dənizə düşən digər işçilərin xilas edilməsi üçün bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisənin baş verdiyi tərsanədə təhlükəsizlik tədbirləri gücləndirilib və araşdırmalar aparılır.

Rəsmi qurumlar gəminin niyə çevrildiyini müəyyən etmək üçün texniki yoxlama başladıb. Cumhuriyyət Baş Prokurorluğu da hadisə ilə bağlı araşdırma aparır, iş təhlükəsizliyi mütəxəssisləri isə bölgədə nəzarət və yoxlamaları davam etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır