Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

"Xalis Sıfır Emissiya Çərçivəsi" ilə bağlı beynəlxalq gəmiçilik təşkilatları arasında fikir ayrılığı yaranıb

Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Xalis Sıfır Emissiya Çərçivəsi” (“Net Zero Framework") təşəbbüsü ilə bağlı gəmiçilik təşkilatları arasında fikir ayrılığı yaranıb.

"Seanews.az" xəbər verir ki, Beynəlxalq Gəmiçilik Palatası (ICS), Dünya Gəmiçilik Şurası (WSC), Beynəlxalq Limanlar və Liman İdarələri Assosiasiyası (IAPH), Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF), Asiya Gəmi Sahibləri Assosiasiyası (ASA), Avropa Gəmi Sahibləri Birliyi (ECSA) və Beynəlxalq Bunker Sənayesi Assosiasiyası (IBIA) sənədin qəbulunu dəstəkləyərək, 2050-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olunmasının vacibliyini vurğulayıblar.

Beynəlxalq Tanker Sahibləri Assosiasiyası (Intertanko), Quru Yük Gəmi Sahibləri Assosiasiyası (Intercargo) və Beynəlxalq Gəmiçilik Təşkilatı (BIMCO) isə sənədə ehtiyatla yanaşır.

"Intertanko" hesab edir ki, çərçivə sənədi bütün keçid yollarını, o cümlədən külək enerjisi, LNG, bioyanacaq və karbon tutma texnologiyalarını əhatə etməlidir.

"BIMCO" və Intercargo isə IMO-nun iqlim strategiyasını ümumilikdə dəstəkləsələr də, “Net Zero Framework” üzrə ayrıca mövqe açıqlamayıblar.

Sənədin qəbulunun 14–17 oktyabr 2025-ci il tarixlərində keçiriləcək Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) iclasında səsə qoyulacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır