Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

"XT Shipping" Çində yeni konteyner gəmiləri sifariş edib

İsrailə məxsus "XT Shipping" şirkəti Çində iki yeni konteyner gəmisinin inşası üçün müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, şirkət 3 160 TEU tutumlu skrabberlə təchiz edilmiş gəmiləri "China Merchants Industry Weihai" tərsanəsində sifariş edib.

Gəmilərin dəyəri hələ açıqlanmasa da, onların 2027-ci ilin noyabrı ilə 2028-ci ilin fevralı arasında təhvil verilməsi nəzərdə tutulur.

"XT Shipping" hazırda quru yük, konteyner və avtomobildaşıyan gəmilərdən ibarət müxtəlif donanmaya malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır