Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Filadelfiya limanı əlavə terminal sahəsi əldə edib

Filadelfiya limanı "Norfolk Southern Corporation"-a məxsus və "SouthPort" dəniz terminalının bitişiyində yerləşən "Mustin Yard" ərazisini əldə edib.

Seanews.az xəbər verir ki, "Mustin Yard" 61,5 hektar ərazini əhatə edir və dərin sulardan, dəmir yolu və magistral yollardan ibarət sahə hesab edilir.

Ərazi əvvəllər Filadelfiya Hərbi Dəniz Bazasının tərkib hissəsi olub.

"Mustin Yard"-ın əldə edilməsi Filadelfiya limanına yükdaşıma və yükemal gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Ərazidə tam inkişaf etmiş intermodal transfer terminalı mövcuddur və bu obyekt "Norfolk Southern" və Filadelfiya limanı tərəfindən operativ fəaliyyətə cəlb ediləcək. 

"Mustin Yard" 2008-ci ildən "Norfolk Southern"-in balansında olub. Filadelfiya limanı ərazini 90 milyon ABŞ dolları qarşılığında satın alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır