Pakistan Milli Gəmiçiliyi donanmasını ikiqat artırmaq məqsədilə yeni tankerlər alır
Pakistan Milli Gəmiçiliyi Korporasiyası (PNSC) 2026-cı ilə qədər donanmasını 30 gəmiyə çatdırmaq planı çərçivəsində təxminən 193 milyon ABŞ dolları dəyərində üç ikinci əl tanker əldə etməyi təsdiqləyib.
"Seanews.az" xəbər verir ki, hər biri 74,5 milyon dollar dəyərində olan iki “Aframax” tipli tanker – “Lorex” və “Nafsika”, eləcə də 44,15 milyon dollara başa gələn “Stavenger Poseidon” adlı MR2 tipli tanker bu ilin sonunadək PNSC-yə təhvil veriləcək.
Korporasiya bununla yanaşı, əlavə 12 tanker üçün də satınalma prosesinə start verib.
“PNSC Pakistanın dəniz nəqliyyatı sektorunun inkişafını dəstəkləmək və xarici gəmiçilikdən asılılığı azaltmaq üçün yeni gəmilərin əldə edilməsinə dair səylərini sürətləndirib,” – Pakistan Dəniz İşləri Nazirliyi məlumatda qeyd edib.

