

rkiyənin 84 il əvvəl batan “İnebolu” gəmisi tapı
84 il əvvəl Türkiyədə fırtınaya düşərək batan və 19 nəfərin həyatını itirdiyi “İnebolu” gəmisi tapılıb. “Seanews.az” xəbər verir ki, gəmi “Dokuz Eylül Üniversitesi” Dəniz elmləri və texnologiyası institutunun professoru Muhammet Dumanın rəhbərlik etdiyi qrupun apardığı araşdırmalar nəticəsində dənizin 42 metr dərinliyində aşkarlanıb. Qeyd edək ki, “İnebolu” gəmisi 11 noyabr 1935-ci ildə Mersin-izmir-istanbul səfəri zamanıUrla ilə Kilizman arasında fırtınaya düşərək batıb. Hadisə zamanı gəmidə 103 sərnişin, 38 heyət üzvü olub. Qəzada iki nəfər heyət üzvi olmaqla, ümumilikdə 19 nəfər həyatını itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır