Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

IMO-nun “Net-Zero Framework” təşəbbüsünü əksər ölkələr dəstəkləyib

Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Net-Zero Framework” (NZF)  təşəbbüsü London sammitinin ilk günündə əksər üzv dövlətlərin dəstəyini qazanıb.

"Seanews.az" xəbər verir ki, sənəd dəniz nəqliyyatında emissiyaların azaldılması və yaşıl hidrogen əsaslı yanacaqlara keçidi nəzərdə tutur.

Məlumata görə, sənədin qəbuluna 46 dövlət dəstək verib. Avropa ölkələrinin hamısı qərarın lehinə çıxış edib. ABŞ nümayəndə heyəti və bir neçə enerji ixrac edən ölkə isə əks mövqe sərgiləyib. 

“Green Hydrogen Organisation”a görə, çərçivənin həyata keçirilməsi üçün 2040-cı ilədək 200 milyon ton yaşıl ammonyak və metanol tələb olunacaq.

Çərçivə yüksək emissiyalı gəmilər üçün cərimələr və toplanan vəsaitin “Net Zero Fondu”na yönəldilməsini nəzərdə tutur. Fond aşağı emissiyalı gəmiləri təşviq etməyi və həssas ölkələrə maliyyə dəstəyi göstərməyi hədəfləyir.

IMO-nun Baş katibi Arsenio Dominges sənədin qəbulunun qlobal dekarbonizasiya prosesini sürətləndirəcəyini, qeyri-müəyyənliyi aradan qaldıracağını və vahid beynəlxalq mexanizm yaradacağını bildirib.

Sənədin 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır