Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Antverpen limanında işçilərin tətili neft tədarüklərində ləngiməyə səbəb olub

Belçikanın Antverpen-Brüj limanında baş verən tıxac səbəbindən neft tədarüklərində gecikmələr müşahidə olunur. Analitiklərin məlumatına görə, vəziyyətə liman bələdçilərinin tətili təsir edib.

“Reuters” yazır ki, oktyabrın 5-də federal pensiya islahatlarına etiraz olaraq başlayan tətil müvəqqəti dayandırılsa da, limanda 188 gəmi hələ də dayanma və ya yola çıxma növbəsini gözləyir.

Liman rəhbərliyi bildirir ki, tıxac səbəbindən neft və digər yüklərin daşınmasında gecikmələr davam edir. Bəzi gəmiçilik şirkətləri marşrutlarını dəyişməyə və ya yükləri təxirə salmağa məcbur qalıb.

Bələdçilərin həmkarlar ittifaqı tətili oktyabrın 24-dək dayandırmaq barədə razılığa gəlsə də, “yavaş iş rejimi” (go-slow action) gəmilərin hərəkətini hələ də məhdudlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır