Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

IMO-da “Net-Zero Framework” üzrə həlledici səsvermə bu gün keçirilir

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Ətraf Mühitinin Qorunması Komitəsində (MEPC) “Net-Zero Framework” (NZF) adlı qlobal karbon qiymətləndirmə mexanizminin taleyini müəyyən edəcək həlledici səsvermə bu gün keçirilir.

“Lloyd’s List”in məlumatına görə, ABŞ, Səudiyyə Ərəbistanı və bir neçə digər ölkə sənədin qəbul qaydalarını dəyişdirmək məqsədilə “tacit acceptance” (susqun razılıq) sisteminin əvəzinə “explicit acceptance” (açıq razılıq) mexanizmini təklif ediblər.

Ekspertlərin fikrincə, bu dəyişiklik “Net-Zero Framework”ün qüvvəyə minməsini illərlə yubada bilər.

Danimarka, Kanada, Avstraliya, Braziliya və Aİ ölkələri daxil olmaqla bir çox dövlətlər isə hazırkı sistemin saxlanılmasını dəstəkləyir.

MEPC sədri Hari Konvey məsələni layihə komitəsinə yönləndirib. Sənədin qəbul olunub-olunmaması barədə qərarın bu gün elan ediləcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır