Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Türkiyənin ərazi sularında 80-dən artıq qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin müxtəlif bölgələrində ümumilikdə 83 qanunsuz miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, İzmirin Karaburun rayonunun ərazi sularında rezin qayıqlarla Yunanıstana keçmək istəyən, lakin yunan qüvvələri tərəfindən Türkiyəyə geri göndərilən 33 qanunsuz miqrant xilas edilib. Onlardan səkkizi azyaşlıdır.

Şəhərin Çeşmə rayonunda isə keçirilən iki fərqli əməliyyatla rezin qayıqlar vasitəsilə Türkiyə ərazisini tərk etmək istədikləri müəyyən olunan 50 qanunsuz miqrant saxlanılıb. Onların da arasında azyaşlıların olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır