Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Honkonqda təyyarə zolaqdan çıxaraq dənizə düşüb

Dubaydan gələn “Emirates” şirkətinə məxsus “Boeing 747” yük təyyarəsi Honkonq beynəlxalq hava limanının şimal uçuş zolağına enərkən sürüşərək zolaqdan çıxıb və bir hissəsi dənizə batıb.

AZƏRTAC Çin mediasına istinalda xəbər verir ki, yerli vaxtla səhər saat 4 radələrində baş verən hadisə nəticəsində 1 nəfər ölüb.

Təyyarə sürüşüb dənizə düşməzdən əvvəl yerüstü xidmət avtomobili ilə toqquşaraq onu da suya salıb. Avtomobildə olan bir nəfər hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Təyyarənin heyət üzvləri xəsarət almayıb.

Qəza nəticəsində hava limanının şimal uçuş-enmə zolağı qısa müddətə bağlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır