Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

"CMA CGM" Sloveniya limanına investisiya yatırır

Fransanın "CMA CGM" şirkəti Koper limanı ilə birgə müəssisə yaradaraq, 27 min kvadratmetr sahədə avtomobil logistika mərkəzinin inşasını planlaşdırır.

Seanews.az xəbər verir ki, artıq 20 ildən çoxdur ki, Sloveniya bazarında fəaliyyət göstərən CMA CGM şirkəti hazırda iki birbaşa həftəlik dəniz xidməti həyata keçirir. Bunnlar Asiyanı Aralıq dənizi ilə birləşdirən “Phoenician Express” və Aralıq dənizi hövzəsində fəaliyyət göstərən “Bora Med” xidmətləridir. 

Son illərdə Koper limanı illik yükaşırma həcmini əhəmiyyətli dərəcədə artıraraq, Mərkəzi Avropaya açılan əsas qapılardan birinə çevrilib. Almaniyanın pərakəndə ticarət şəbəkəsi Lidl-ə məxsus "Tailwind" xətti də limanı öz əsas logistika mərkəzlərindən biri kimi istifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır