ABŞ Sakit okeanda gəmiyə zərbə endirib
ABŞ ordusu daha bir narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə müdafiə katibi Pit Heqset sosial mediada açıqlayıb.
Son bir neçə ayda sayca 8-ci olan bu zərbə gecə saatlarında Sakit okeanın şərqində baş verib. Əvvəlki yeddi hücum Karib dənizində gerçəkləşdirilib. Hadisədə iki nəfər ölüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

