Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

London "P&I" Klubu Çində nümayəndəlik açan ilk beynəlxalq sığorta təşkilatı olub

London Müdafiə və Təminat (P&I) Klubu Çinin Şanxay şəhərində rəsmi nümayəndəlik ofisi açıb. Bununla da o, Beynəlxalq Müdafiə və Təminat Klubları Qrupuna (International Group of P&I Clubs) daxil olan ilk sığorta təşkilatı kimi Çində fiziki ofisə sahib olub.

"Seanews.az" xəbər verir ki, yeni nümayəndəlik Şanxayın Pudonq rayonunda, ölkənin yeni Sərbəst Ticarət Zonasının mərkəzində yerləşir.

"London P&I" Klubunun baş icraçı direktoru Ceyms Bin (James Bean) bildirib ki, bu addım klubun Asiya regionuna uzunmüddətli sadiqliyinin göstəricisidir.

Onun sözlərinə görə, Çin qlobal gəmiçilik sənayesinin ən vacib mərkəzlərindən birinə çevrilib və son 20 ildə üzvlərimizin bu ölkədəki biznes maraqları durmadan artıb. Şanxayda nümayəndəlik açmaqla biz üzvlərimizə və tərəfdaşlarımıza daha yaxın olmağı, onların ehtiyaclarını bu mühüm dənizçilik və maliyyə mərkəzində dəstəkləməyi hədəfləyirik.

Yeni ofisə Venji Qao (Wenjie Gao) rəhbərlik edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır