Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Kolombo limanında sıxlıq artır

Şri-Lankanın əsas tranzit mərkəzi olan Kolombo limanında sıxlıq getdikcə artır.

"Seanews.az" xəbər verir ki, bu barədə qlobal logistika şirkəti “Kuehne+Nagel” tərəfindən yayımlanan hesabatda bildirilir.

Hesabatda limandakı vəziyyətin kəskinləşməsinə səbəb kimi meydan sahəsində yüklərin həddindən artıq toplanması, tranzit daşımaların artması və əlverişsiz hava şəraiti göstərilib.

Məlumata görə, 17 oktyabra qədər 15 gəmi limanın kənarında növbə gözləyirdi, lakin 21 oktyabr tarixinə bu say 10-a qədər azalıb.

Sənaye mənbələrinin məlumatına görə, "ZIM" və "ONE" kimi aparıcı daşıyıcılar Kolombo istiqamətində xidmətlərini müvəqqəti olaraq dayandırıblar.

“ZIM” özünün NIX (China–India Express) marşrutunda Hindistan üzrə sifarişləri dayandırıb, “ONE” isə CIP (China–India–Pakistan) xidmətində “Colombo skip” (Kolombo dayanacağının buraxılması) barədə bildiriş yayıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, limandakı tıxac davam edərsə, bölgədəki tranzit axınları və konteyner dövriyyəsi ciddi şəkildə yavaşlaya bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır