Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Çin sahillərində gəmi qəzası olub, iki dənizçi itkin düşüb

Çinin Quanqcou sahuillərində Sinqapurda qeydiyyatdan keçmiş “Wan Hai A17” konteyner gəmisi ilə Çin yük gəmisi “Hai Li 5” toqquşub. 

"Seanews.az" xəbər verir ki, qəza şənbə günü baş verib.

Sinqapur Dəniz və Liman İdarəsinin (MPA) bazar günü verdiyi məlumata görə, hadisə nəticəsində "Hai Li 5" batıb və  gəminin 15 nəfərlik heyətindən iki nəfər hələ də itkin düşmüş sayılır. Onların axtarışı istiqamətində xilasetmə əməliyyatları davam etdirilir.

2024-cü ildə inşa olunmuş "Wan Hai A17" konteyner gəmisi sabit vəziyyətdədir. Gəminin 23 nəfərlik heyəti arasında xəsarət alan olmayıb və ərazi üzrə çirklənmə faktı qeydə alınmayıb.

Sinqapurun Dəniz və Liman Administrasiyası (MPA)  gəminin bayraq dövləti olaraq hadisə barədə məlumatlandırılıb və Çin tərəfi ilə paralel şəkildə araşdırma aparacağını açıqlayıb.

Qeyd edək ki, “Wan Hai A17” şirkətin ən iri konteyner gəmilərindən biridir. O, 2024-cü ilin avqustunda “Samsung Heavy Industries” tərəfindən inşa olunub və “Smart Ship Notation” sertifikatına malikdir. Bu sistem real vaxt rejimində naviqasiya və avadanlıq göstəricilərinin monitorinqinə imkan verir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır