ABŞ Sakit okeanda qaçaqmalçılıqla məşğul olduğu iddia edilən daha 4 gəmiyə zərbə endirib
ABŞ ordusu Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 4 gəmiyə zərbə endirib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-nin müharibə katibi Pit Heqset açıqlama verib.
O bildirib ki, zərbələr zamanı 14 nəfər öldürülüb, bir nəfər sağ qalıb. Hücum beynəlxalq sularda baş verib və hadisə zamanı ABŞ qüvvələri zərər görməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

