Dünyada ilk: “Cosco Shipping Libra” konteyner gəmisi metanol yanacağına uyğunlaşdırılıb
Seanews.az xəbər verir ki, Çində dünyada ilk dəfə nəhəng konteyner gəmisinin əsas mühərriki metanol yanacağı ilə işləyə biləcək şəkildə modernləşdirilib.
Yenidənqurma işləri 20 min TEU tutumlu “Cosco Shipping Libra” (2018-ci il istehsalı) adlı konteyner gəmisində həyata keçirilib. Gəmi artıq dəniz sınaqlarını uğurla başa vurub.
Layihə çərçivəsində gəmiyə quraşdırılmış 11 silindrli, 90 diametrli “Everllence” tipli iki vuruşlu mühərrik tam şəkildə metanol və ya dizel yanacağı ilə işləyə bilən hibrid sistemə çevrilib.
Bu modernləşdirmə dünya gəmiçilik sənayesində metanol yanacağına keçid istiqamətində mühüm mərhələ hesab olunur və “Cosco Shipping” şirkətinin yaşıl texnologiyalara keçid strategiyasının tərkib hissəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

