Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

"HMM" “TEU milyonçuları klubu”na qoşulub

Cənubi Koreyanın aparıcı konteyner daşıyıcısı "HMM" “TEU milyonçuları klubu”nun səkkizinci üzvü olub.

"Seanews.az" xəbər verir ki, "Alphaliner" şirkətinin son həftəlik hesabatına əsasən, "HMM"-in donanmasının ümumi konteyner tutumu hazırda 1 007 180 TEU təşkil edir. Analitiklər qeyd edirlər ki, şirkətin istismar gücü son beş ildə iki dəfə artıb və 2020-ci illər konteyner daşımaları tarixində ən mənfəətli onillik kimi yadda qalır.

"HMM"-in artım tendensiyasının qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Şirkət Cənubi Koreyadakı tərsanələrdə tikilən yeni gəmiləri qəbul etməyə hazırlaşır. Gələn il "HMM" 8 500–9 000 TEU tutumlu beş yeni gəmi alacaq, onilliyin sonuna qədər isə 13 000 TEU tutumlu daha 12 yeni gəminin donanmaya qoşulması planlaşdırılır.

Qeyd edək ki, "HMM" ötən ilin sentyabrında onilliyin sonuna qədər genişmiqyaslı inkişaf strategiyasını açıqlayıb. Bu plan çərçivəsində şirkət 23,5 trilyon von (təxminən 17,48 milyard ABŞ dolları) həcmində investisiya ayırmağı nəzərdə tutur. Strategiyaya əsasən, 2030-cu ilə qədər "HMM"-in konteyner donanması, demək olar ki, iki dəfə artacaq, tanker və quru yük gəmilərinin sayı isə üç dəfə çoxalacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır