Tanzaniyada iğtişaşlar səbəbindən Dar əs-Səlam limanı bağlanıb
Tanzaniyada keçirilən seçkilərdən sonra baş verən vətəndaş iğtişaşları nəticəsində ölkənin əsas limanı olan Dar əs-Səlam limanı fəaliyyətini dayandırıb.
"Seanews.az" xəbər verir ki, 29 oktyabr saat 18:00-da hökumət ölkə üzrə müddətsiz komendant saatı tətbiq edib və internetə tam blok qoyub. Həmin gecə yarısından etibarən Dar əs-Səlam limanı bağlanıb və heç bir əməliyyat aparılmayıb.
Dar əs-Səlam Tanzaniyanın ən böyük limanıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

