Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

ABŞ və Çin liman rüsumlarını dayandırmaq barədə razılığa gəliblər

ABŞ və Çin bir-birinin gəmilərinə tətbiq etdikləri liman rüsumlarını bir il müddətinə dayandırmaq barədə razılığa gəliblər.

"Seanews.az" xəbər verir ki, razılaşma ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında Cənubi Koreyada keçirilən görüş zamanı əldə olunub.

Bu addım hər iki tərəfin illik təxminən 3,2 milyard dollarlıq əlavə rüsum yükündən azad olmasına imkan verəcək. Rüsumlar Tramp administrasiyasının ABŞ gəmiqayırma sənayesini gücləndirmək məqsədilə tətbiq etdiyi “301-ci bölmə” tədbirlərinə daxil idi.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, qərar Çin mənşəli gəmilərin tələbinin azalmasına səbəb olub. Çin Ticarət Nazirliyi də öz növbəsində ABŞ gəmilərinə tətbiq edilən analoji rüsumları dayandırdığını açıqlayıb.

Maritime tədqiqat şirkəti "Drewry"-dən Saymon Hini qeyd edib ki, bu qərar dəniz daşımalarına sabitlik gətirəcək və beynəlxalq ticarətin bərpasına təkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır