Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-11,
Seanews
Heyder Eliyev

"Türk Loydu" ilə Marşal Adaları Dənizçilik İdarəsi əməkdaşlığa başlayıb

Marşal Adaları Respublikası Dənizçilik İdarəsi ilə "Türk Loydu" arasında Marşal bayrağı altında üzən gəmilərə dair məcburi texniki müayinə və sertifikatlaşdırma xidmətlərini əhatə edən müqavilə imzalanıb.

"Seanews.az" xəbər verir ki, Beynəlxalq Təsnifat Cəmiyyətləri Birliyinin (IACS) üzvü olan "Türk Loydu" bağlanan müqavilə çərçivəsində Marşal bayraqlı gəmilərə texniki müayinə, yoxlama, təftiş və sertifikatlaşdırma xidmətləri göstərmək üçün rəsmi səlahiyyət alıb.

Müqavilə 2025-ci il dekabrın 1-də qüvvəyə minib.  

Dünyanın aparıcı gəmi reyestrləri arasında yer alan Marşal Reyestri beynəlxalq standartlara uyğunluğu və effektiv idarəetmə quruluşu ilə seçilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır