Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-11,
Seanews
Heyder Eliyev

Fermerlər traktorlarla Yunanıstanın Volos limanını 5 saat bağlı saxlayıb

Yunanıstanın kənd təsərrüfatı sektorunun nümayəndələri keçirdikləri etiraz aksiyası çərçivəsində bu gün Volos limanını bağlayıblar. 

"Seanews.az" xəbər verir ki, səhər saatlarında liman ətrafına toplaşan çoxsaylı fermerlər traktorlarla Volos limanının əsas girişlərini bağlayaraq nəqliyyatın hərəkətini tamamilə iflic ediblər. 

Balıqçılar da öz gəmiləri ilə aksiyaya dənizdən dəstək veriblər. 

Məlumata görə, liman təxminən beş saat ərzində bağlı qalıb.

Etirazda iştirak edən fermerlərdən Dimitris Kalogeropulos vəziyyəti belə izah edib: "Çətin vəziyyətdəyik, məcburuq ki, səsimizi çatdıraq. Limanı bağlamaq bizə asan gəlməsə də, başqa seçimimiz qalmamışdı."

Voloslu balıqçılardan Nikos Stavrianos isə fermerlərə dəstəyini ifadə edib: "Fermerlər tək deyil. Biz də eyni problemlərlə üzləşirik. Bu səbəbdən onlara dənizdən dəstək vermək bizim borcumuz idi."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır