Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-12,
Seanews
Heyder Eliyev

"Hanwha" Avstraliyanın "Austal" şirkətinin ən böyük səhmdarı statusunu əldə edib

Cənubi Koreyanın "Hanwha Group" şirkəti Avstraliyanın "Austal" gəmiqayırma şirkətindəki payını 19.9%-ə qədər artırmaq üçün təsdiq alaraq, şirkətin ən böyük səhmdarına çevrilib.

"Seanews.az" xəbər verir ki, Avstraliyanın xəzinədarı Cim Çalmers Xarici İnvestisiyaların Nəzarət Şurası tərəfindən aparılan təhlildən sonra cümə axşamı bu qərarı təsdiqləyib.

"Hanwha" şirkəti "Austal"ın 9.9%-lik ilkin payını mart ayında birbaşa bazarxarici əməliyyat vasitəsilə əldə etmişdi/ Bu da onun gəmiqayırma şirkətini tamamilə ələ keçirməyə çalışacağı ilə bağlı fərziyyələrə yol açmışdı. Yeni təsdiq Koreya konqlomeratına öz payını təxminən ikiqat artırmağa, beləliklə, onu "Tata Rang Ventures" şirkətinin mövcud 19.28%-lik iştirak payından üstün etməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır