Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-15,
Seanews
Heyder Eliyev

Kanar adaları yaxınlığında "ONE Continuity" gəmisindən 45 konteyner dənizə düşüb

"Ocean Network Express" (ONE) tərəfindən istismar edilən və "Seaspan" şirkətinə məxsus Sinqapur bayraqlı "ONE Continuity" iri konteyner gəmisi Kanar adalarının cənubunda təxminən 45 konteynerini itirib.

"Seanews.az" xəbər verir ki, hadisə dekabrın 10-da çətin hava şəraiti səbəbindən baş verib. Dalğalar gəminin arxa hissəsində (kormada) yük sabitliyi pozuntusuna səbəb olub, nəticədə təxminən 100 konteyner sabitliyini itirib. Onlardan 45-i dənizə düşüb, bir neçəsi isə yükləmə sahəsində aşaraq əzilib.

Gəmi sahibinin müraciəti əsasında ziyanın miqyasını müəyyənləşdirmək üçün dron vasitəsilə havadan baxış keçirilib və gəminin arxa hissəsində təxminən on konteyner cərgəsinin tamamilə dağıldığı aşkarlanıb.

2008-ci ildə inşa edilmiş və Havrdan Sinqapura doğru reysdə olan, göyərtəsində 16 mindən çox konteyner daşıyan gəmi kursunu dəyişərək Las-Palmasdakı La Luz limanına sığınıb və Boluda terminalında yan alıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır