"Wärtsilä" qaz həlləri biznesini satır
Finlandiyanın "Wärtsilä" şirkəti "Gas Solutions" biznesini Almaniyanın özəl investisiya şirkəti "Mutares SE & Co. KGaA"-ya satmaq barədə razılığa gəlib.
"Seanews.az" xəbər verir ki, sövdələşmə tənzimləyici qurumların təsdiqindən asılıdır və 2026-cı ilin ikinci rübündə tamamlanması gözlənilir.
Qqlobal miqyasda qaz dəyər zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən "Gas Solutions" bölməsi dənizçilik üçün qazla işləmə sistemləri, inert qaz sistemləri, qazdan elektrik enerjisinə həllər, maye qazlaşdırma üzrə sistemlər kimi müxtəlif xidmətləri təqdim edir. Bu biznes performansın yaxşılaşdırılması və aktivlərin satışa hazırlanması məqsədi daşıyan strategiya çərçivəsində "Wärtsilä"-nın "Portfolio Business" strukturu daxilində müstəqil şəkildə fəaliyyət göstərir.
"Wärtsilä"-nın məlumatına görə, bölmənin 2024-cü ildə illik gəliri təxminən 350 milyon ABŞ dolları (300 milyon avro) təşkil edib.

