Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-26,
Seanews
Heyder Eliyev

Rumuniyada qəzaya uğrayan Türkiyə bayraqlı gəmi Tuzlaya gətirilib

Rumıniyanın Sulina kanalında “K Hak” gəmisi ilə toqquşma nəticəsində zədələnən Türkiyə bayraqlı “Lady Hayat” gəmisi Türkiyəyə gətirilib.

"Seanews.az" xəbər verir ki, gəmi Sahil Təhlükəsizliyi Xidmətinin yedək gəmilərinin müşayiəti ilə təhlükəsiz şəkildə Tuzla Tərsanələr Bölgəsinə çatdırılıb.

Qeyd edək ki, qəza 19 dekabr tarixində baş verib. İlkin məlumatlara əsasən, qəza “K Hak” gəmisinin “Lady Hayat”a sualtı hissədən toxunması nəticəsində baş verib və bu zaman gəmidə ciddi zədələnmə yaranıb.

“K Hak”-ın vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hadisə zamanı ölən və ya xəsarət alanın olmadığı bildirilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır