Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-29,
Seanews
Heyder Eliyev

Kruiz gəmisi mərcan rifinə toxunaraq saya oturub

Avstraliyaya məxsus "Coral Expeditions" şirkəti tərəfindən istismar olunan “Coral Adventurer” kruiz gəmisi Papua Yeni Qvineyanın şərq sahillərində saya oturub.

"Seanews.az" xəbər verir ki, hadisə 27 dekabr tarixində baş verib.

Məlumata görə, göyərtəsində 120 nəfərin olduğu gəmi Lae şəhərindən təxminən 30 kilometr aralıda mərcan rifinə toxunub.

Şirkət nümayəndəsi bildirib ki, bütün sərnişinlər və ekipaj üzvləri təhlükəsizdir. İlkin baxış zamanı gəmidə heç bir struktur zədələnməsi aşkar olunmayıb.

Qeyd edək ki, “Coral Adventurer” hazırda başqa bir araşdırmanın da mərkəzindədir. Belə ki, oktyabr ayının sonlarında gəminin sərnişinlərindən biri – 80 yaşlı Avstraliya vətəndaşı Suzanne Rees Böyük Sədd Rifi yaxınlığındakı Lizard adasında itkin düşüb və daha sonra həyatını itirmiş halda tapılmışdı.

Rees 25 oktyabr tarixində kruiz proqramı çərçivəsində təşkil olunan yürüşdə iştirak edib. Lakin ekipaj onun gəmiyə qayıtmadığını yalnız axşam saatlarında, gəmi artıq adanı tərk etdikdən sonra müəyyən edib. Sərnişinin cəsədi ertəsi gün aşkar olunub və bir neçə saat sonra adadan çıxarılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır