Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

Velense gölünün bərpası üçün 12 maddəlik proqramı təsdiqlənib

Macarıstan hökuməti Velense gölünün ekoloji vəziyyətinin bərpası və ətraf ərazilərin inkişaf etdirilməsi məqsədilə 12 maddədən ibarət hərtərəfli proqramı təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, proqram dövlət idarəçiliyi və regional inkişaf naziri Tibor Navraçiç tərəfindən təqdim olunub.

Sənəddə suyun keyfiyyətinin yaxşılaşdırılması, hidravlik infrastrukturun modernləşdirilməsi, təbii ekosistemlərin bərpası, turizm infrastrukturunun inkişafı və sahilyanı ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Proqramda biomüxtəlifliyin qorunmasına, yerli icmaların dəstəklənməsinə və təbii sərvətlərdən davamlı istifadəyə xüsusi diqqət yetirilir.

Hakimiyyət orqanları tədbirlərin həyata keçirilməsi zamanı bələdiyyələr, ətraf mühit təşkilatları və mütəxəssislərlə əməkdaşlıq edəcəklər.

Proqramın icrası Velense gölünün iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlığının artırılmasına, sakinlər və turistlər üçün istirahət imkanlarının yaxşılaşdırılmasına, eləcə də Macarıstanın mühüm təbii sərvətlərindən birinin uzunmüddətli qorunmasına xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır