Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-07,
Seanews
Heyder Eliyev

İran ABŞ-nin son hücumları fonunda Hörmüzdə gəmiləri geri qaytardığını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin üç tankerə hücumundan sonra Hörmüzdə məhdudiyyətləri bir az da artırıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

SEPAH Hərbi Dəniz Qüvvələri üç tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd etdikləri və ABŞ ilə əlaqəli olduqları üçün hədəfə aldığını bildirib. Qurum həmçinin Fars körfəzində və Hörmüz boğazı yaxınlığında hərəkət edən gəmilərə xəbərdarlıq edib və onları “şübhəli hərəkətlərdən” çəkinməyə çağırıb.

Sonrakı açıqlamalarda İran ən azı üç tankerin Hörmüz boğazının cənub marşrutu ilə keçid cəhdinin qarşısını aldığını bildirib. Gəmi izləmə məlumatlarına görə, “Velos”, “Bravo” və Qətərin “Nakilat Shipping” şirkəti tərəfindən idarə olunan “Al Sheehaniya” gəmiləri marşrutlarını dəyişərək geri dönüb.

SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi komandan müavini Əli Məhəmmədi son günlər qaydalara əməl etməyən gündə 2-5 gəminin hədəfə alındığını iddia edib. İran həmçinin Hörmüz boğazının onun tam nəzarətində olduğunu bəyan edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır