Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-15,
Seanews
Heyder Eliyev

Oman sahillərində “El Gaia” tankerinə hücum edilib, 1 hindistanlı dənizçi itkin düşüb

Sentyabrın 13-də Oman sahillərində Panama bayraqlı “El Gaia” neft tankerinin hücuma məruz qaldığı bildirilir.  

“Seanews.az” xarici mediaya istinadla bu barədə xəbər verir.

Məlumata görə, gəmidə 14 hindistanlı heyət üzvü olub. Onlardan 13-ü xilas edilərək sahilə çıxarılıb, bir dənizçinin axtarışı isə davam edir.

Hindistanın Xarici İşlər Nazirliyi hücumu pisləyib və regionda gərginliyin azaldılmasına, dialoq və diplomatiyaya, həmçinin beynəlxalq sularda təhlükəsiz gəmiçiliyin bərpasına çağırıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri isə bundan əvvəl məlumat yayaraq bildirib ki, “El Gaia” (IMO 9325336) supertankeri Hörmüz boğazının cənubunda məhdudlaşdırılmış ərazidən keçməyə cəhd edərkən dəniz minasına toxunaraq partlayıb.

Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu versiyanı rədd edib və tankerin İran silahları ilə vurulduğunu bildirib. Buna görə hadisənin necə baş verdiyi barədə tərəflərin mövqeləri fərqlənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır