Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-15,
Seanews
Heyder Eliyev

Türkiyə bayraqlı gəmiyə Qara dənizdə hücum olub

Türkiyə bayraqlı “Lionfish” konteyner gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.

“Seanews.az” Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə sentyabrın 13-də baş verib. Zərbə gəminin konteyner hissəsinə endirilib və burada yanğın baş verib. Yanğın ekipaj tərəfindən söndürülüb, ölən və xəsarət alan olmayıb.

Hadisə zamanı gəmi Ambarlıdan Trabzon istiqamətində hərəkət edirmiş. Hücumun kim tərəfindən həyata keçirildiyi isə hələlik müəyyən edilməyib.

Hadisə Qara dənizdə davam edən Rusiya-Ukrayna müharibəsi fonunda mülki ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı risklərin aktuallığını bir daha göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır