Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-18,
Seanews
Heyder Eliyev

Reni limanı yaxınlığında “MARIAM M” gəmisinə dron hücumu: kapitan həlak olub

Tanzaniya bayrağı altında üzən “MARIAM M” quru yük gəmisinin Ukraynanın Reni limanına doğru hərəkət edərkən dron hücumuna məruz qaldığı bildirilir. Ukrayna rəsmilərinin məlumatına görə, hadisə nəticəsində gəminin kapitanı həlak olub, üç heyət üzvü yaralanıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Ukrayna mediası hücumun Dunay deltasında, Bıstroe keçidi ərazisində baş verdiyini və dronun gəminin üst quruluşuna dəydiyini bildirib. Zərbə nəticəsində gəminin körpüsündə yanğın baş verdiyi qeyd olunur. Bu detalların rəsmi araşdırma ilə təsdiqləndiyi bildirilməyib.

Dənizçilik məlumat bazalarına əsasən, 1997-ci ildə inşa edilmiş 96,7 metr uzunluğundakı “MARIAM M” gəmisinin Türkiyədə yerləşən UBSM şirkətləri ilə əlaqəsi var.

Zərərin miqyası və gəminin hazırkı vəziyyəti barədə əlavə rəsmi məlumat açıqlanmayıb. Rusiya tərəfinin həmin gün bölgədə digər quru yük gəmilərinə zərbələr endirildiyi barədə açıqlamasında isə “MARIAM M” gəmisinin adı çəkilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır