Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

class="content-title">BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının icrası okean və dənizlərin məruz qaldığı bir çox təhlükənin qarşısını alır

Çirklənmə, həddindən çox balıq ovlanması, oksidləşmə, suyun temperaturunun yüksəlməsi və sualtı küy Dünya okeanına ciddi təhlükədir. Bu problemlərin çoxu BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının səmərəli icrası yolu ilə həll edilə bilər. Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda görüşdə səsləndirib.

Baş katib BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının iştirakçıları olan dövlətlərin 29-cu müşavirəsinin açılışında deyib: “Son 150 ildə bütün canlı mərcanların yarısı itirilib. Son dörd onillikdə dənizlərin plastik kütlə ilə çirklənməsinin miqyası 10 dəfə artıb. Okeanlarda balıq ehtiyatlarının üçdəbir hissəsi həddindən çox istismar olunub. Dünya okeanında ölü zonalar genişlənir və onların sayı artır. Okeanların oksidləşməsi, suyun səviyyəsinin yüksəlməsi və iqlim dəyişmələrinin digər nəticələri böyük itkilərə gətirib çıxarır”.

BMT-nin Baş katibi qeyd edib ki, sahilyanı dövlətlərin, xüsusən kiçik ada dövlətlərinin sakinləri iqlim dəyişmələrinin okeanlar üçün acınacaqlı nəticələrini artıq hiss edirlər. O deyib: “Bu yaxınlarda Fici, Tuvalu və Vanuatuya səfərim zamanı bunların şahidi oldum və demək istəyirəm ki, okeanların sağlamlıq durumunun pisləşməsi son nəticədə hamımıza təsir göstərəcək”.

O əlavə edib ki, okeanların xilas edilməsi planı var və hazırda onun reallaşması üzrə səyləri fəallaşdırmaq, bu prosesə bütün bəşəriyyəti cəlb etmək lazımdır. Antonio Quterreş xatırladıb ki, 2017-ci ildə BMT-nin Nyu-York iqamətgahında okeana dair konfrans keçirilib. Konfrans iştirakçıları okeanların, dənizlərin və dəniz resurslarının mühafizəsi üçün konkret tədbirləri müəyyənləşdirən “Fəaliyyətə çağırış” sənədini qəbul ediblər. 2020-ci ildə Lissabonda növbəti beynəlxalq konfrans keçiriləcək. Konfransda okean və dənizlərin xilas edilməsi istiqamətində növbəti addımlar nəzərdə tutulacaq.

Baş katib vurğulayıb ki, okeanların və dənizlərin sağlamlığı uğrunda mübarizə beynəlxalq hüquqa əsaslanmalıdır. O deyib: “BMT-nin Dəniz Hüququ üzrə Konvensiyası ən yaxşı vasitələrdən biridir. Okeanlarımızla bağlı cari problemlərin çoxu bu Konvensiyanın müddəalarının səmərəli və hərtərəfli həyata keçirilməsi yolu ilə həll edilə bilər”. Bu il Konvensiyanın qanuni qüvvəyə minməsinin 25 illiyinin qeyd olunduğunu xatırladan A.Quterreş sənədə qoşulmayan bütün ölkələri bu addımı atmağa çağırıb.

BMT-nin Dəniz Hüququ üzrə Konvensiyası 1982-ci ilin dekabrında qəbul edilib. Bu sənəd elə ilk gündən indiyədək imzalanmış hər hansı sənəddən daha çox imza toplayıb: 117.

Antonio Quterreşin “okeanların Konstitusiyası” adlandırdığı BMT-nin Dəniz Hüququ üzrə Konvensiyası dəniz məkanından istifadənin bütün beynəlxalq aspektlərini – dəniz sərhədlərinin delimitasiyasını, ekoloji normaların müəyyən olunmasını, elmi tədqiqatların keçirilməsini, ticarətin və beynəlxalq mübahisələrin yoluna qoyulmasını tənzimləyir. 1994-cü il noyabrın 16-da qüvvəyə minmiş bu Konvensiya bu günə qədər 168 dövlət tərəfindən ratifikasiya edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır