Naməlum şəxslər dənizdən keçən 5 neft boru kəmərini zədələyib
Suriyanın Banyas şəhəri yaxınlığında naməlum şəxslər dənizdən keçən 5 neft boru kəmərini zədələyib.
Məlumatı Suriyanın neft nazirliyi yayıb.
Nazirlikdən bildiriblər ki, ziyanın miqdarı ölçüldükdən sonra mütəxəssislər təmir işlərinə başlayıblar və yaxın vaxtda neftin anbarlara axını davam etdiriləcək.
Boruların kim tərəfindən zədələndiyi bilinmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır