Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“Katargaz” dünyanın ən böyük LNG gəmislərindən olan "Al-Sheehaniya"-nı Türkiyəyə göndərib

“Katargaz” şirkəti dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərindən biri olan "Al-Sheehaniya" tankerilə 207 min kubmetrlik ilk böyük LNG nəqlini Türkiyəyə reallaşdırıb.

Şirkətin açıqlamasına görə, 210 min kubmetrlik tutumu olan “Q-Flex” tipli tanker Qətərin Ras Laffan limanından yola düşüb.

“Katargaz” şirkətinin direktoru Halid bin Xəlifə əl-Tani bildirib ki, Mərmərə LNG terminalının son zamanlarda artan tutumu “Katargaz”ı dünyanın ən böyük LNG gəmilərini Türkiyəyə göndərməyə sövq edir. 14 LNG tankeri və illik 77 milyon ton qaz istehsalı ilə “Katargaz” şirkəti LNG üçün artan müştəri tələbini ödəməyi hədəf götürüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır